Elmar Vəliyevin səhhəti ilə bağlı yeni məlumat

  09 İyul 2018    Oxunub : 120157
Elmar Vəliyevin səhhəti ilə bağlı yeni məlumat
"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti normaldır və müalicəsini davam etdirir".

Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.
Millət vəkili mütəmadi olaraq E.Vəliyevin səhhəti ilə maraqlandığını deyib: "Hazırda müalicə davam edir. Elmar müəllim qısa müddətdə işə qayıdacaq”

Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Gəncə   Elmar-Vəliyev