Binəqədidə quldur dəstə saxlanılıb

Binəqədidə quldur dəstə saxlanılıb
  09 İyul 2018    Oxunub:2722
Binəqədi sakinini döyərək pulqabısını alanlar tutulub.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 7-də paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı evə gələrək onu döyüb içərisində 382 manat və açar olan pulqabısını almaqda şübhəli bilinən tanışları – Ağcabədi rayon sakinləri Hikmət Soltanov, Sədi Kərimov və Pərviz Sultanov saxlanılıblar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Cinayət   Oğurluq  





Xəbər lenti