İlham Əliyev: “AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır”

  09 İyul 2018    Oxunub : 15185
İlham Əliyev: “AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır”
“O vaxt Azərbaycanda anti-milli hakimiyyət, satqın hakimiyyət hökm sürürdü. Fərarilər hökm sürürdü burada. Həmin fərarilərin tör-töküntüləri indi özlərini müxalifət adlandırır”
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı çıxışında AXC-Müsavat hakimiyyətini sərt tənqid edib: "O vaxt qaçıb gizlənmişdilər, ölkəmizi bərbad vəziyyətə qoymuşdular, torpaqlarımızı satmışdılar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmamışdır".

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident