Novruz Məmmədov Ərdoğanın ziyafətinə qatıldı

Novruz Məmmədov Ərdoğanın ziyafətinə qatıldı
  10 İyul 2018    Oxunub:2591
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətinin yeni dönəminin başlaması münasibətilə Ankarada rəsmi ziyafət təşkil olunub.
AzVision.az xəbər verir ki, ziyafətdə Azərbaycanı Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Ziyafətdə 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilatın rəhbərləri də daxil olmaqla 6 min nəfər dəvətli şəxs iştirak edib.

Qeyd edək ki, Ərdoğan dövlət başçısı kimi bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib. Bununla da Türkiyədə prezident üsul-idarəli hökumət rəsmən fəaliyyətə başlayıb.

AzVision.az


Teqlər: Novruz-Məmmədov   Ərdoğan   Zİyafət  





Xəbər lenti