Ərdoğan Bakıya gəldi - FOTO (Yenilənib)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
***
(12:30)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.
AzVision.az xəbər verir ki, Ərdoğan səfəri çərçivəsində Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Zaqulba iqamətgahında rəsmi qarşılanacaq.
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüş keçirəcəklər. Sonda hər iki dövlət başçısının birgə mətbuat konfransı olacaq.
Xatırladaq ki, bu, Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir.
Kənan Məmmədov
AzVision.az