Terrorçu qruplara qoşulan azərbaycanlıların sayı açıqlandı - RƏSMİ

Terrorçu qruplara qoşulan azərbaycanlıların sayı açıqlandı - RƏSMİ
  10 İyul 2018    Oxunub:5215
“Şimali Qafqazdakı terror qruplarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla, Əfqanıstan, Pakistandakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşları 300-ə yaxın, Suriyaya gedənlərin sayı isə 1000-dən artıqdır. Bu, həmin hadisələrin təbliğatı, reklamı ilə əlaqədardır”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.

DTX rəsmisinin sözlərinə görə, həmin ərazidə hadisələrin təbliğatına böyük vəsait ayrılıb və daha çox reklam edilib: “Lakin bu gün müvafiq qurumlarla görülən tədbirlər nəticəsində prosesin qarşısı alınır. Bütün dövlət orqanlarının birgə fəaliyyət göstərməsi ilə Azərbaycanda bu istiqamətdə xoş və lazımi nəticə müşahidə edilir”.

S.Mahmudov qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti radikallıq mənbəyinə çevrilən qüvvələrlə mübarizənin açıq və gizlin metodlarının koordinasiyası, əməliyyat-axtarış və hüquqi tədbirlərdən istifadə edir.

Aytən Zəhra
AzVision.az


Teqlər: DTX  





Xəbər lenti