Gömrükdə 70 mobil telefon müsadirə edilib

Gömrükdə 70 mobil telefon müsadirə edilib
  10 İyul 2018    Oxunub:2252
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlayıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Baxış zamanı, avtomobilin gizli saxlanc yerlərindən 70 ədəd müxtəlif markalı mobil telefonlar və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Gömrük   Telefon  





Xəbər lenti