Gəncənin din xadimləri: Elmar Vəliyev dinə qarşı olmayıb - Video

  10 İyul 2018    Oxunub : 1466
Gəncənin din xadimləri: Elmar Vəliyev dinə qarşı olmayıb - Video
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dinə qarşı olmayıb.
AzVision.az xəbər verir ki, Gəncənin din xadimləri belə bir açıqlama ilə çıxış ediblər. Onların sözlərinə görə, baş verənlər dini don geyindirilmiş siyasi terror aksiyasıdır.

Hacı Əlisəftar Səfərəliyev- Gəncə şəhər “Şah Abbas Cümə Məscidi” dini icmasının sədri: “Müəyyən olunmuş qaydalar çərçivəsində Gəncədə bütün dini mərasimlər keçirilir. Elə bir dini mərasim yoxdur ki, baş tutmamış, keçirilməmiş olsun. Misal olaraq: Ramazan ayı yeni bitib. Bu müqəddəs ayda iftarlar verilib, özü də çox yüksək səviyyədə. Şəhər ziyalılarınınn, ictimaiyyət nümayəndələrinin və təbii ki, dindarların iştirakı ilə “İmamzadə”də iftar verilib. Qurban bayramı da onun kimi, hər zaman ən yüksək səviyyədə keçirlir. Qubanlar kəsilir, ehtiyacı olanlara qurban payı verilir”.

Kərbəlayi Ələkbərov Ağakərim – din xadimi: “Gəncədəki İmamzadə türbəsi gözəl şəkildə təmir olunub. Bərpa edilib. Orada Həzrəti İmam Hüseynin adını daşıyan meydan da yaradılıb ki, bu da dindarların sərbəst şəkildə dini ayinləri icra etmələrinə imkan verir. Baş vermiş bu son hadisələri din adı ilə bağlayanlara etirazımı bildirirəm. Azərbaycan güclü dövlətdir və bu hadisə də ölkə rəhbərinin öz nəzarətindədir. Bu hərəkətin, bu əməlin dinlə heç bir əlaqəsi yoxdur”.

Hacı Qadir Zeynalov - din xadimi : “Mən Elmar Vəliyevə gördüyü bu işlərə görə hər zaman “Gəncənin əzizi” demişəm. O dindarlarla gözəl münasibətdə olubdur. Hər zaman istəyib ki, məscidlərin və dindarların təhlükəsizliyini təmin etsin. Hər zaman istəyib ki, din adı altında öz məkirli niyyətlərini həyata keçirmək istəyənləri buradan uzaq tutsun. Hər il “İmamzadə”də iftar süfrəsi açılıb və hər birində də özü şəxsən iştirak edib”.



AzVision.az

Teqlər: Gəncə