İlham Əliyev Ərdoğanı qarşıladı - VİDEO+FOTOLAR

İlham Əliyev Ərdoğanı qarşıladı - VİDEO+FOTOLAR
  10 İyul 2018    Oxunub:5654
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.



Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Daha sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşüblər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.




















Kənan Məmmədov
AzVision.az


Teqlər: Ərdoğan   İlham-Əliyev  





Xəbər lenti