“Azərbaycan Türkiyədən çoxlu sayda hərbi texnika alır” - İlham Əliyev

“Azərbaycan Türkiyədən çoxlu sayda hərbi texnika alır” - İlham Əliyev
  10 İyul 2018    Oxunub:4251
Türkiyənin ordusu çox güclüdür. Dünya çapında ən güclü ordu sırasındadır. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə bakıda keçirdiyi mətbuat konfransında deyib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan və Türkiyə hərbçiləri arasında bu il 7 hərbi təlim keçiriləcək.

Dövlət başçısı qeyd edib ki, artıq hərbi təlimlərin 3-ü keçirilib. Prezident, həmçinin bildirib ki, Azərbaycan Türkiyədən çoxlu sayda hərbi texnika alır: “Keçən ay Azərbaycanda keçirilən hərbi paradda alınan hərbi texnikanın bir hissəsi nümayiş etdirilib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Türkiyə  





Xəbər lenti