Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  10 İyul 2018    Oxunub:2794
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 112 kv.m olan 4 otaqlı evin bir otağında 1 ədəd divan və 1 ədəd məişət texnikası yanıb, yüksək temperaturdan 1 ədəd məişət texnikası qismən əriyib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti