Məmmədyarov bu gün erməni nazirlə görüşəcək

Məmmədyarov bu gün erməni nazirlə görüşəcək
  11 İyul 2018    Oxunub:2275
"İyulun 11-də Brüsseldə axşam saatlarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq"
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmıtinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

XİN rəsmisi qeyd edib ki, hazırda prezidentlərin görüşünün keçirilməsi gündəmdə deyil: "Nazirlərin görüşü tanışlıq xarakteri daşıyır".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: XİN   Brüsssel   Məmmədyarov  





Xəbər lenti