“Paşinyanın oğlunun Qarabağda xidmət keçməsi şoudur” - XİN
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
XİN rəsmisinin sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir.
"Bu kimi əməllər konstruktiv xarakter daşımır və regionda sülhün təmin olunmasına xidmət etmir" -H.Hacıyev vurğulayıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: