“Azeri Light”ın qiyməti 80 dolları ötüb

“Azeri Light”ın qiyməti 80 dolları ötüb
  11 İyul 2018    Oxunub:2211
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AzVision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar bahalaşaraq 80,36 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar azalaraq 78,29 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,44 dollar ucuzlaşaraq 73,67 dollar olub.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti