Konstitusiya Məhkəməsinin əməkdaşları təltif olunub

Konstitusiya Məhkəməsinin əməkdaşları təltif olunub
  11 İyul 2018    Oxunub:4174
İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi tamam olur.
AzVision.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aslanov Tural Aslan oğluna, Cinayət və inzibati hüquq şöbəsinin müdiri Əfəndiyeva Humay Elçin qızına, Hüquqi təminat və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri Hacızadə Anar Nizami oğluna 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcələri verilib.

AzVision.az


Teqlər: Konstitusiya-Məhkəməsi   İlham-Əliyev  





Xəbər lenti