Cavid Qurbanov kollegiya iclası keçirib

Cavid Qurbanov kollegiya iclası keçirib
  11 İyul 2018    Oxunub:6595
Dəmir yolunda ölkə başçısının qarşıya qoyduğu vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində Azərbaycan Dəmir Yollarının qarşısında duran prioritet məsələləri, fəaliyyət proqramını müəyyən edib.

Dəmiryolçular qarşıya qoyulan bu vəzifələri vaxtında və keyfiyyətlə icra etməli, bunun üçün dəmir yolunda bütün qüvvələr ümumi işin icrasına səfərbər olunmalıdır.

İclasın sonunda müvafiq strukturların rəhbərləri dövlət başçısının çıxışından irəli gələn vəzifələrin dəmir yolunda icrası ilə bağlı məlumat veriblər.

Qeyd edək ki, iyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.



İclasda ölkə iqtisadiyyatının inkişaf istiqamətlərindən geniş söz açan dövlət başçısı dəmir yolu nəqliyyatının fəaliyyətindən və bu sahədə icra olunan layihələrdən danışaraq müvafiq tapşırıqlar verib.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu və “Şərq-Qərb” dəhlizinin işə salınmasından, Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsinin icra edilməsindən, eləcə də Bakı-Astara yolunun modernləşməsi işlərinə gələn ildən etibarən start veriləcəyindən söz açıb. Bakı-Qəbələ və şəhərətrafı dəmir yolunun tikintisi layihəsi də uğurla icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaq. Həmçinin Bakı-Gəncə sürət qatarının xəttə buraxılmasının ilin sonuna qədər nəzərdə tutulmasını ölkə başçısı diqqətə çatdırıb.

AzVision.az


Teqlər: Cavid-Qurbanov  





Xəbər lenti