Qaradağda məcburi köçkünlərlə görüş olub

Qaradağda məcburi köçkünlərlə görüş olub
  12 İyul 2018    Oxunub:3139
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhərində qəzalı binalarda, yararsız tikililərdə, yaşayış üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrasını davam etdirir.
Bu barədə AzVision.az-a Dövlət Komitəsindən məlumat verilib. Dövlət Komitəsinin sədri bu məqsədlə Bakının Qaradağ rayonunda qamış tipli üçmərtəbəli qəzalı binalarda müvəqqəti məskunlaşmış 37 məcburi köçkün ailəsi ilə görüşüb.

Dövlət Komitəsinin sədri onların problemləri ilə yerində tanış olub, qayğılarını dinləyib, suallarını cavablandırıb. Məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

AzVision.az


Teqlər: Qaçqın  





Xəbər lenti