Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində Mingəçevirdəki İstilik Elektrik Stansiyasının Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən yüksəkgərginlikli elektrik xətlərinin altındakı yanğınlar lokallaşdırılıb.
AzVision.az xəbər verir ki, “Azərenerji”nin yaydığı məlumata görə, Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib, digər bölgələrin elektrik enerjisi ilə təchizatının bərpası istiqamətində iş gedir.