“ASAN xidmət”də işlə təmin olunan Qarabağ qaziləri - FOTOLAR

“ASAN xidmət”də işlə təmin olunan Qarabağ qaziləri - FOTOLAR
  13 İyul 2018    Oxunub:31008
Azərbaycanda Qarabağ qazilərinin işlə təmin olunduğu dövlət qurumlarından biri də “ASAN xidmət”dir. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirərək ordu sıralarından tərxis olunan hərbçilərimiz vətənə xidməti davam etdirirlər.
AzVision.az-ın məlumatına görə, "ASAN xidmət"də 6 Qarabağ qazisi işlə təmin olunub.

Həmin qazilərimizin hər biri Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edərək bir sıra uğurlu əməliyyatlarda iştirak ediblər. Onların arasında 2016-cı ilin aprel döyüşlərində qazi olanlar da var.

Qarabağ qazisi, bir sıra uğurlu əməliyyatlarda iştirak edən İlqar Babayev uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə aldıqdan sonra ordu sıralarından tərxis olunub. Babayev hazırda Quba “ASAN-xidmət” Mərkəzində Vətəndaşların hüquqlarının təminatı sektorunda çalışır.

Uğurlu əməliyyatlarda iştirak edən digər Qarabağ qazisi Natiq Mehdiyev də uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub. N.Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar xidmətlərin təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir.



"ASAN xidmət"də işlə təmin olunan qazilərimizdən biri də Elvin Hüseynovdur. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət keçib. 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub. Hazırda Hüseynov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin böyük məsləhətçisi vəzifəsini icra edir.

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən qazi Rəşad Həşimov fəaliyyətini "ASAN xidmət"də davam etdirir. O, 2014-ci ildə, avqust əməliyyatlarında yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub. Həşimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin böyük məsləhətçisi vəzifəsində çalışır.



Qarabağ qazisi Əliağa Zeynalov 2016-ci ilin aprel döyüşlərində yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub. Hazırda Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin məsləhətçisi işləyir.

Qarabağ qazisi, bir sıra uğurlu əməliyyatlarda iştirak edən Elşad Haşımov da uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2016-ci ilin aprel döyüşlərində yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub. Haşımov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin böyük məsləhətçisi vəzifəsini icra edir.



Qeyd edək ki, bu gün "ASAN xidmət"in yaradılmasından 6 il ötür. Geridə qalan illər ərzində "ASAN xidmət" böyük uğurlara imza atıb. Azərbaycanın brendi kimi dünyada tanınan "ASAN xidmət"in təcrübəsindən bir çox ölkələrdə istifadə olunur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Qazi   Qarabağ   XTQ   ASAN-xidmət  





Xəbər lenti