ABŞ Suriyanı vurdu: 30 ölü

ABŞ Suriyanı vurdu: 30 ölü
  13 İyul 2018    Oxunub:3069
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor vilayətindəki yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində ən azı 30 dinc sakin ölüb, onlarla insan yaralanıb.
AzVision.az bildirir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Qeyd olunub ki, raket zərbələri İraqla sərhədyanı Əbu-Kamal şəhəri yaxınlığındakı Baqoz-Faukani və Əs-Susa yaşayış məntəqələrinə endirilib. Ölənlərin əksəriyyətinin qadın və uşaq olduğu bildirilir. Yerli hakimiyyət bəyan edib ki, yaralıların çoxunun vəziyəti ağır olduğundan ölənlərin sayı arta bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Suriya   koalisiya   havazərbəsi  





Xəbər lenti