“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi təşkil ediləcək

“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi təşkil ediləcək
  13 İyul 2018    Oxunub:2381
“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi keçiriləcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a bildiriblər ki, “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin hərbi simulyasiya formasında birgə təşkil etdiyi sayca ikinci yay düşərgəsidir.

Əsgər simulyasiya oyunu formasında qurulacaq düşərgə hərbi hissə və səhra şəraitində təşkil olunacaq və iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin olunacaqlar. Otel və ev şəraitindən fərqli, məişət şəraitli düşərgədə 9 regiondan olan 100 ASAN könüllüsü iştirak edəcək.

“Hərbiyyə” hərbi–vətənpərvərlik düşərgəsinin iştirakçıları müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Həmçinin iştirakçılar üçün müxtəlif muzeylər, komplekslər eləcə də digər tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.

Düşərgənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də Cümhuriyyət tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlı iştirakçıları maarifləndirməkdir. Könüllülər, eyni zamanda, Azərbaycan generallarının həyatı və onların ordu quruculuğundakı xidmətləri, ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlandırılacaqlar.

Qeydiyyat üçün bu linkdən istifadə etmək lazımdır: https://azvision.az/redirect.php?url=http://herbiyye.asanyouth.az/ .

AzVision.az


Teqlər: ASAN-Könüllüləri  





Xəbər lenti