Türkiyədə 661 FETÖ-çü ömürlük həbs olunub
AzVision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün keçirdiyi mətbuat konfransında deyib. Səfir bildirib ki, Türkiyə həmin gecə 250 şəhidini cənnətə göndərib:
Diplomat qeyd edib ki, bu hadisə ilə bağıı 289 cinayət işi açılıb: "101 məhkəmə işi davam edir. 661 nəfər ömürlük həbsə məhkum edilib. Hadisədən sonra 180 min nəfər dövlət işini itirib. "Bylock" proqramının şifrəsinin qırılmasından sonra 250 min adamın terror təşkilatına üzv olduğu bəlli olub".
Səfirin sözlərinə görə, Türkiyədə FETÖ terror təşkilatının beli qırılıb: "Onlar bir da Türkiyədə çevriliş və ya buna bənzər hərəkətlər edə bilməzlər. Hazırda terror təşkilatının xarici qolunun ləğv edilməsi istiqamətində işlər aparılır. Fətullah Gülənin geri qaytarılması istiqamətində ABŞ-la danışıqlar davam etdirilir", - deyə E.Özoral vurğulayıb.
Səfir FETÖ ilə mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib: "Terror təşkilatının Azərbaycan qanadının beli çox erkən qırıldı. Bunun üçün Azərbaycana təşəkkür edirik".
Elvin Abdulqədirov
AzVision.az