Türkiyə səfiri Gəncə hadisələrinə münasibət bildirib

Türkiyə səfiri Gəncə hadisələrinə münasibət bildirib
  13 İyul 2018    Oxunub:2356
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Gəncədə baş verən hadisələrə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, səfir bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycana uzanan əllər qırılmalıdır:

"Belə hallara şiddətlə qarşı çıxırıq. Baş verənlərdən böyük təəssüf hissi keçiririk. Şəhidlərə Allah rəhmət etsin. Ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm".

Səfir vurğulayıb ki, Türkiyə Azərbaycanın mübarizəsində sonuna qədər yanında olacaq. Diplomat, həmçinin qeyd edib ki, Gəncə hadisələrini törədənlər ən ağır şəkildə cəzalandırılmalıdır.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti