Ölkə üzrə boşanmaların sayı azalıb

Ölkə üzrə boşanmaların sayı azalıb
  14 İyul 2018    Oxunub:5427
2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah və 6177 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub. Ötən ilin 5 ayı ilə müqayisədə nikahların sayı 2,4%, boşananların sayı 0,5% azalıb.

2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

AzVision.az


Teqlər: Statistika   Boşanma  





Xəbər lenti