Azərbaycanda hər gün 445 uşaq doğulur

Azərbaycanda hər gün 445 uşaq doğulur
  14 İyul 2018    Oxunub:3579
Son 5 il ərzində ölkədə ildə orta hesabla 163 min körpə və ya hər gün təxminən 445 uşaq dünyaya gəlib.

AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə orta hesabla doğum səviyyəsi 2017-cı ildə 14,8 nəfər təşkil edib.
Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömrü boyu orta hesabla 1,9 uşaq düşür.

Statistik rəqəmlərə əsasən, əhalinin ümumi sayının 22,6 faizi 0-14 yaşda, 70,9 faizi 15-64 yaşda, 6,5 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər ümumi əhalinin 26 faizini təşkil edir və onların yarıdan çoxu şəhər yerlərində yaşayır.

Hazırda birinci nikaha daxil olanlar orta yaşı kişilər arasında 27,6 yaş, qadınlar arasında isə 23,7 yaş təşkil edir. 2017-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi diri doğulanların ümumi sayında 15,8 faiz təşkil edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Statistika   Uşaq  





Xəbər lenti