Artıq əcnəbilər 15 gün ərzində qeydiyyata düşə bilərlər - VİDEO

Artıq əcnəbilər 15 gün ərzində qeydiyyata düşə bilərlər - VİDEO
  14 İyul 2018    Oxunub:23261
Miqrasiya qanunvericiliyinə dəyişikliklər bu gündən qüvvəyə minir. Artıq əcnəbilər 15 gün müddətində olduğu yer üzrə qeydiyyata düşə bilərlər (əvvəl 10 gün idi).
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Facebook" səhifəsində məlumat paylaşıb.

DMX rəisi bildirib ki, Miqrasiya Xidməti tərəfindən müvafiq məlumatlandırma tədbirləri həyata keçirilir.



Qeyd edək ki, qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq bundan sonra Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində 10 gündən yox, 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınacaqlar.

Miqrasiya qanunvericiliyinə dəyişikliklərlə bağlı ətraflı məlumatı BURADAN oxuya bilərsiniz.

AzVision.az


Teqlər: Miqrasiya-Xidməti  





Xəbər lenti