5 ayda 1048 əkiz, 39 üçəm doğulub

5 ayda 1048 əkiz, 39 üçəm doğulub
  14 İyul 2018    Oxunub:4297
Bu ilin 5 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55 min 653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.

Cari ilin yanvar-may aylarında ölkədə 25 min 277 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.

AzVision.az


Teqlər: Statistika  





Xəbər lenti