Şəkidə itkin düşən 5 nəfər tapılıb

Şəkidə itkin düşən 5 nəfər tapılıb
  14 İyul 2018    Oxunub:4527
Şəkidə cinayətlərin açılma faizi 2015-ci ildə 96,4 , 2016-cı ildə 98,5 faiz təşkil edib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ötən il rayonda 241 cinayət faktı baş verib ki, onlardan da yalnız 4 cinayət bağlı qalıb. Qeydə alınan cinayətlərin cəmi 18-i ağır və xüsusilə ağır cinayətlərə aid olub.

Digər statistik göstəricilər də rayonda polis əməkdaşlarının işinin yüksək səviyyədə qurulmasından xəbər verir. 2017-ci il ərzində 39 təqsirləndirilən şəxs axtarışda olub. Onlardan 32-si tutulub, 7-nin isə axtarışları davam etdirilir. Ötən il ərzində 4 nəfər itkin düşən şəxs olub ki, onların hamısının tapılması təmin edilib. 2017-ci ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 49 cinayət faktı aşkar olunub ki, onlardan da 12-i satış məqsədilə olub. Həmçinin il ərzində əhalidə qanunsuz saxlanılan 66 odlu silah-3 avtomat, 6 tapanca, 57 ov silahı götürülüb. Bu faktlarla bağlı 4 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Bu ilki göstəricilər də Şəhər Rayon Polis Şöbəsinin işini yüksək peşəkarlıqla davam etdirdiyinə əyani sübutdur. Belə ki, rayonda cəmi 130 cinayət hadisəsi baş verib ki, onlardan yalnız 2-si bağlı qalıb. Həmin cinayətlərin açılması 98,5 faiz təmin edilib. Cari il ərzində 6 nəfər itkin düşən şəxs olub ki, onlardan da 5-i tapılıb, 1-nin axtarışları davam etdirilir. Bu ilin 6 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 24 cinayət faktı aşkar olunub. Onlardan da 6-sı satış məqsədli narkotik vasitə olub. Bu il əhalidə qanunsuz saxlanılan ümumilikdə 32 ədəd odlu silah götürülüb və bu faktlarla bağlı 2 nəfər cinayət , 4 nəfər şəxs isə inzibati məsuliyyətə cəlb olunub.

AzVision.az





Teqlər: Şəki   DİN   Cinayət  





Xəbər lenti