Şeyx Gəncə hadisələrindən danışdı: “Terror Allaha qarşı üsyandır”

Şeyx Gəncə hadisələrindən danışdı: “Terror Allaha qarşı üsyandır”
  14 İyul 2018    Oxunub:7432
“Gəncə hadisələrini dinlə bağlamaq əsassızdır. Bu, islam dini altında pərdələnərək müəyyən siyasi qüvvələrin məkirli planlarını reallaşdırması cəhdidir”.

AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Gəncə hadisələri ilə bağlı AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Gəncədə baş verən hadisələr terror aktıdır: “İslam dinində terrorun heç bir yeri yoxdur. Terror aktı Allaha qarşı üsyandır və o adam kafirdir. İslamdan istifadə edilir. Dünyada baş verən hadisələrə baxanda yaxın qonşularda və başqa yerlərdə görünür ki, bəzi qüvvələr islam pərdəsi altında islamdan öz məqsədləri üçün istifadə edirlər. Əslində islam sülh, qardaşlıq, dəyanət, dostluq dinidir”.

Şeyx qeyd edib ki, Gəncə daxil olmaqla ölkədə dini abidələrin bərpası, ibadət yerlərinin tikintisi işləri bütün dindarların ürəyincədir: “Cəmiyyətdə dini ayrıseçkilik müzakirə mövzusu ola bilməz. Hardasa dini dəyərlərin yetərli olmadığını deyirlərsə, bu, çox yanlış bir haldır. Xüsusən Gəncədə sovet dövründə İmamzadə və Şah Abbas Məscidi var idi. Bu gün isə orada onlarla məscid var. O, məscidlər açıqdır və hər kəs heç bir təzyiqə məruz qalmadan ibadət edə bilir. Şəxsən mən oradan heç bir şikayət eşitməmişəm. Prezident İlham Əliyev İmamzadə dini kompleksinə xüsusi diqqət yetirib”.

Şeyx qeyd edib ki, ölkədə fəaliyyət göstərən din xadimləri daim moizələrində təxribatların mahiyyətini insanlara çatdırıb və bu iş sistemli xarakter alaraq daha da təkminləşdiriləcək: “Çünki, düşmən daim oyaqdır. Bu qədər insanlar vətən yolunda həyatını qurban verib gələcəyimiz üçün. 20 faiz torpaqlarımız işağl altındadır. Bizə qarşı aparılan məkirli hiylələr mövcuddur. Bunun qarşısını almaq üçün dövlətin möhkəm olması lazımdır. Dövlət xalq birliyi olmalıdır. Biz rəhbərimizin ətrafında olmalıyıq. Həmişə dindarlarımız prezident İlham Əliyevə dəstək olub və bundan sonra da olacaqdır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Gəncə   Şeyx  





Xəbər lenti