Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib
  15 İyul 2018    Oxunub:2943
Son günlər ölkə üzrə çaylarda sululuq səviyyəsi dəyişib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 30-55, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 108 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 29 m3/s olmaqla, ongünlük normanın 26 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 75 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyan 8, Şirvanda 12, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, lakin Bankə məntəqəsində isə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 312 sm (2017-ci il iyulun 13-də 321 sm), Şirvanda 161 sm (2017-ci il iyulun 13-də 159 sm), Salyanda 83 sm (2017-ci il iyulun 13-də 86 sm), Bankədə 178 sm (2017-ci il iyulun 13-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 33 sm (2017-ci il iyulun 13-də 43 sm) təşkil edib.

AzVision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti