Bakıda çökən yol 7-8 il əvvəl salınıb - Açıqlama

Bakıda çökən yol 7-8 il əvvəl salınıb - Açıqlama
  15 İyul 2018    Oxunub:3145
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmə baş verən yol 7-8 il öncə Bakı Metropoliteni tərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi qeyd edib ki, çökmənin səbəbi hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq: "Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq".

AzVision.az


Teqlər: Yol  





Xəbər lenti