Sürücünü döyən kişi polisə verildi
“Sərnişinlərdən biri sürücüyə avtobusu dayanacaqdan kənar saxlamağı tələb edib. Lakin sürücü sərnişinin bu qanunsuz tələbini yerinə yetirmədiyindən sərnişin sürücüyə qarşı kobud ifadələr işlədərək əlbəyaxa olmağa cəhd edib. İnsidentlə bağlı sürücü dərhal Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə məlumat verib.
Bakı Nəqliyyat Agentliyi bir daha sərnişinlərimizi və sürücüləri bir-birinə qarşı münasibətdə etik davranış qaydalarına əməl etməyə çağırır və ictimai nəqliyyatdan istifadə edərkən müəyyən edilən qaydalara əməl etmələrini tövsiyyə edir. BNA bununla bağlı mütəmadi olaraq həm sürücülər, həm də sərnişinlər üçün müxtəlif maarifləndirmə tədbirləri həyata keçirir”.
Aytən Zəhra
AzVision.az