Axtarışda olan oğurluğa görə tutuldu

Axtarışda olan oğurluğa görə tutuldu
  16 İyul 2018    Oxunub:1340
İyulun 14-də Qusar Rayon Polis Şöbəsinə müraciət edən C.Nurullayev həmin gün şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini Çingiz Rəhimov bir gün əvvəl Gündüzqala kənd sakini R.Rəsulovun da mobil telefonunu oğurlayıbmış.


AzVision.az


Teqlər: DİN  





Xəbər lenti