İlham Əliyevdən Makrona qələbə təbriki

İlham Əliyevdən Makrona qələbə təbriki
  16 İyul 2018    Oxunub:2452
Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb. AzVision.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident, XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti