Prezident xorvatiyalı həmkarına məktub göndərib

Prezident xorvatiyalı həmkarına məktub göndərib
  16 İyul 2018    Oxunub:2418
Prezident İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi təbrik edib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Futbol üzrə XXI dünya çempionatında Xorvatiya yığma komandasının uğurlu çıxış edərək bu mötəbər turnirin gümüş medalını qazanması münasibətilə Sizə və dost Xorvatiya xalqına təbriklərimi yetirirəm.

Dünya birinciliyinin bütün oyunlarında yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək tarixində ən böyük müvəffəqiyyətə nail olmuş Xorvatiya futbolçularını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram".

AzVision.az



Teqlər: Prezident   Məktub   Təbrik  





Xəbər lenti