199 saylı marşurutun xətti uzadılıb

199 saylı marşurutun xətti uzadılıb
  16 İyul 2018    Oxunub:14252
199 saylı marşrut xətti Şərq bazarının önündəki dayanacaqdan Masazır dairəsi daxil olmaqla Abşeron Gənclər Şəhərciyinə qədər yol qət edirdi. Həmin ərazidə yaşayan sərnişinlərin və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrin NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə çoxsaylı müraciətləri də nəzərə alınmaqla marşrutun xətti Universitetin önündəki dayanacağa qədər uzadılıb.
Dövlət Avtomobil Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın AzVision.az-a verdiyi məlumata görə, "Xaliq Faiqoğlu" şirkətinə məxsus avtobuslar vasitəsilə 199 saylı marşut xətti üzrə Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən ödəniş nağdsız qaydada kart sistemi vasitəsilə həyata keçirilir.

AzVision.az


Teqlər: Sərnişin  





Xəbər lenti