Prezident qəzetlərə bir milyon manat ayırdı

Prezident qəzetlərə bir milyon manat ayırdı
  16 İyul 2018    Oxunub:2802
Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə tapşırılıb ki, sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam   Qəzet  





Xəbər lenti