Penitensiar Xidmətin 37 əməkdaşı and içib

Penitensiar Xidmətin 37 əməkdaşı and içib
  16 İyul 2018    Oxunub:2744
İyulun 16-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş 37 əməkdaşın andiçmə mərasimi keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, gənc əməkdaşlara ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun təbriki çatdırılıb, gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daim uca tutmaq tövsiyə olunub.

Gənc əməkdaşlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə çiçəklər qoyulub.

AzVision.az


Teqlər: Penitensiar-Xidmət  





Xəbər lenti