Araz çayında suyun səviyyəsi azalıb

Araz çayında suyun səviyyəsi azalıb
  16 İyul 2018    Oxunub:2534
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 30-55, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, iyulun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2017-ci ildə bu rəqəm saniyədə 85 kubmetr təşkil etməklə ongünlük normanın 41 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 26 kubmetr olmaqla ongünlük normanın 23 faizini təşkil edir. Ötən il bu göstərici saniyədə 70 kubmetr təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda 2, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 10 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 306 (2017-ci il iyulun 16-da 325 sm), Şirvanda 145 (2017-ci il iyulun 16-da 171 sm), Salyanda 71 (2017-ci il iyulun 16-da 86 sm), Bankədə 183 (2017-ci il iyulun 16-da 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 santimetrə (2017-ci il iyulun 16-da 42 sm) bərabərdir.

AzVision.az


Teqlər: ETSN   Araz   Çay  





Xəbər lenti