Miqrasiya Xidməti işə qəbulla bağlı müsahibə elan edib

  17 İyul 2018    Oxunub : 4891
Miqrasiya Xidməti işə qəbulla bağlı müsahibə elan edib
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşları üçün kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə işə qəbulla əlaqədar müsahibə elan edib.
Xidmətdən AzVision.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası vətəndaşları aşağıda qeyd olunan vakant vəzifələrə işə qəbulla əlaqədar müsahibəyə dəvət olunur:

Şəki regional miqrasiya idarəsi-2 yer (baş mütəxəssis);
Şirvan regional miqrasiya idarəsi (İmişli “Asan xidmət” mərkəzi)-2 yer (baş mütəxəssis);
Ağsu regional miqrasiya idarəsi-2 yer (baş mütəxəssis);
Ağsu regional miqrasiya idarəsi-1 yer (kiçik inspektor-mühafizəçi);
Yevlax regional miqrasiya idarəsi-2 yer (baş mütəxəssis);
Yevlax regional miqrasiya idarəsi-1 yer (kiçik inspektor-mühafizəçi);
Yevlax regional miqrasiya idarəsi-1 yer (kiçik inspektor-kargüzar).

11 vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsahibə zamanı ümumi dünyagörüşünə, həmçinin özünü təqdimetmə, kollektivdə işləmək, problem həlletmə, yaradıcılıq və təşəbbüskarlıq xüsusiyyətlərinə, kompyuter və xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir.

Şərtlərə uyğun gələn, müsahibədə iştirak etmək arzusu olan şəxslər vakant olan yalnız bir vəzifəyə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

kadrlar uçotunun şəxsi vərəqəsi (baş mütəxəssis, kiçik inspektor);
ərizə;
şəxsiyyət vəsiqəsinin surəti;
təhsil haqqında sənədin surəti;
hərbi biletin surəti (kişilər üçün);
əmək kitabçasının surəti (olduğu təqdirdə).
Müsahibədə iştirak etmək üçün sənədlər 2018-ci il iyul ayının 17-dən avqust ayının 17-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 09.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur.

Əlaqə nömrəsi: (012) 562-53-01

AzVision.az

Teqlər: DMX