Sərhədçilər Alıxanlı sakinini ölümdən xilas edib

Sərhədçilər Alıxanlı sakinini ölümdən xilas edib
  17 İyul 2018    Oxunub:10325
Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərə­findən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik gostərilmiş, müxtəlif problemlərin həllində dəstək verilib.
Dövlət Sərhəd Xidmətindən AzVision.az-a daxil olan məlumata görə, 2018-ci ilin 15 iyul tarixində Fizuli rayonu sakininin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub. Belə ki, həmin tarixdə Fizuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sanc­ıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.

E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunub.

Müraciətə dərhal reaksiya verilib. Şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb. Vətəndaşın həyatı xilas edilib.

AzVision.az


Teqlər: DSX  





Xəbər lenti