Gəncə hadisələri ilə bağlı daha 4 nəfər həbs edildi

Gəncə hadisələri ilə bağlı daha 4 nəfər həbs edildi
  17 İyul 2018    Oxunub:21937
2018-ci il iyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisəsi ilə əlaqədar iyulun 16-da daha 4 nəfər həbs edilib.
AzVision.az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həbs edilən Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmada təqsirləndirilir. C.Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

Həbs edilən digər şəxslər isə iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

AzVision.az


Teqlər: Gəncə   Həbs  





Xəbər lenti