“Yanar dağ” qoruğu yenidən qurulacaq - Sərəncam

“Yanar dağ” qoruğu yenidən qurulacaq - Sərəncam
  17 İyul 2018    Oxunub:5494
Prezident İlham Əliyev “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam   Qoruq  





Xəbər lenti