“Aqrolizinq” təlimlərə başlayır

“Aqrolizinq” təlimlərə başlayır
  18 İyul 2018    Oxunub:2295
İyulun 23-də “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzində mexanizatorlar üçün təlim keçiriləcək.
Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib. Qeyd edilib ki, təlimlərdə məqsəd cari ildə pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsidir.

Təlimlərə 19 rayon üzrə 230 mexanizator cəlb olunacaq. Bir ay davam edəcək təlimlərdə mexanizatorlara pambıqyığan texnikalardan səmərəli istifadə, texniki qulluğun aparılması, əməyin mühafizəsi və digər sahələr üzrə məlumat veriləcək. Təlimləri uğurla başa vuran mexanizatorlara sertifikatlar veriləcək. Hər hansı bir səbəbdən sertifikat əldə edə bilməyən mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcəklər.

AzVision.az


Teqlər: Aqrolizinq   Təlim  





Xəbər lenti