Oqtay Şirəliyev şikayətləri dinlədi

Oqtay Şirəliyev şikayətləri dinlədi
  18 İyul 2018    Oxunub:2415
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər. Növbəti belə qəbul Oğuz Mərkəzi Rayon Xəstəxanasında keçirilib.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul zamanı nazir Oqtay Şirəliyev Oğuz, Şəki, İsmayıllı və Qəbələ sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Qəbul  





Xəbər lenti