Yevlaxda maşınla vurulan piyada ölüb

Yevlaxda maşınla vurulan piyada ölüb
  18 İyul 2018    Oxunub:2122
Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 17-də saat 22 radələrində Yevlax şəhərinin ərazisində şəhər sakini Telman Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Xəqani Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti