Qohumunu yumruqla vurub öldürdü

Qohumunu yumruqla vurub öldürdü
  18 İyul 2018    Oxunub:2025
İyulun 17-də saat 8 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, araşdırmalarla həmin gün saat 6 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Görülmüş tədbirlərlə R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti