Elçin Quliyev yaralanan baş çavuşu təltif edib - FOTO

Elçin Quliyev yaralanan baş çavuşu təltif edib - FOTO
  18 İyul 2018    Oxunub:7286
2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xid­mə­ti əra­zisində dövlət sərhə­dinin po­zulmasının qarşısını alarkən silahlı sər­­­­həd pozucu­ları ilə atışmada baş ça­­vuş Kuru­pov Ra­­ma­zan Məm­məd oğlu çoxsaylı güllə yaraları almış və təcili əməliyyat olu­na­raq həyatı xilas edilib.
DSX-dan AzVision.az-a verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həkimlərinin ciddi səy­­ləri və pe­şəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağ­lam­­­­lığı qısa müddət ərzində bər­­pa edilmişdir və hazırda onun tibbi reabili­tasiya pro­se­dur­­­­larına cəlb edilməsi planlaşdırılır. Müalicə təd­bir­ləri yekun­laş­dıq­­­­dan sonra baş çavuş R.Kuru­povun Silahlı Qüvvə­lə­rin ehtiya­tı­na buraxılması nəzərdə tutulub.



2018-ci ilin iyul ayının 17-də Dövlət Sərhəd Xidmətinin rəisi ge­­­ne­ral-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşmüş və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib. Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə al­tına qoyaraq dövlət sərhədinin pozulmasına imkan ver­mədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şü­caə­­ti­nin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.

AzVision.az


Teqlər: DSX  





Xəbər lenti