İtaliya Qarabağda yeni müharibə istəmir

İtaliya Qarabağda yeni müharibə istəmir
  18 İyul 2018    Oxunub:3466
“Mən demək istəyirəm ki, İtaliya tərəfi ATƏT-də sədrliyi çərçivəsində Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır”.
AzVision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Onun sözlərinə görə, İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək:

“Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bir daha əlavə etmək istərdim ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. Hesab edirik ki, bizim ümumi marağımızda olan prioritet məsələlərin daha da inkişaf etdirilməsi Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində İtaliya-Azərbaycan münasibətlərinə öz töhfəsini verəcək”.

Mattarella qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında mədəniyyət, iqtisadiyyat və siyasi sahələrdə əməkdaşlıq, eləcə də dostluq münasibətləri mövcuddur: “İtaliya həmişə Azərbaycanın inkişafı üçün onun yanında olacaq.

AzVision.az


Teqlər: İtaliya   Qarabağ  





Xəbər lenti