Qəzalı vəziyyətə düşən 7 körpü təmir olunub

Qəzalı vəziyyətə düşən 7 körpü təmir olunub
  18 İyul 2018    Oxunub:3227
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2018-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.
Agentlikdən AzVision.az-a verilən xəbərə görə, iclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

İdarə Heyyətinin sədri Saleh Məmmədov ölkə başçısının sədrliyi ilə 2018-ci il 10 yanvar tarixində keçirilən Nazirlər Kabinetinin 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, cənab Prezident iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın avtomobil yollarında yerinə yetirilən işlərdən də danışmış, 500 məntəqəni əhatə edən 1300 km uzunluğunda yol salındığını, bunun çox böyük göstərici olduğunu xüsusi olaraq vurğuladığını və 2018-ci ildə Dövlət Agentliyi kollektivi qarşısında ən azı 600 kəndi əhatə edəcək 2000 km-dən artıq avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyduğunu qeyd edib.

Saleh Məmmədov vurğulayıb ki, cənab Prezidentin tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən uzunluğu 415,2 km olan respublika əhəmiyyətli 11, Bakı şəhəri üzrə uzunluğu 107,8 km olan 13 və uzunluğu 1527,8 km olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması və Bakı şəhərində 5 ədəd piyada keçidinin tikintisi layihəsinin yerinə yetirilməsi nəzərdə tutulurdu.

İdarə Heyyətinin sədri Saleh Məmmədov əlavə edib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2050,8 km uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsi təmin olunacaq. Bundan əlavə dövlət başçısının tapşırığı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanılıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2018-ci ilin 6 ayı ərzində uzunluğu 463,8 km olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub.

İclas zamanı qeyd olunub ki, ümumilikdə 2018-ciin 6 ayı ərzində cənab Prezidentin imzaladığı Sərəncamlara uyğun olaraq, respublikanın 17 rayonunda 23 layihə, o cümlədən 2 respüblika əhəmiyyətli, 17 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri artıq başa çatdırılıb.

AzVision.az


Teqlər: Yol  





Xəbər lenti